Çin Rusiyanın neft nəhənginə ortaq olur 

  • Müəllif: admin
  • 09 Sentyabr 2017 10:50

neft1

“Rosneft”in hissələrinin bir qismi Çinin “China Energy Company Limited” şirkətinə satır.  

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən bir il sonra prezident seçkilərinə qatılacaq dövlət başçısı Vladimir Putin bu yolla ölkə iqtisadiyyatının tənəzzülə uğrayan bəzi sahələrini canlandırmaq istəyir.

Putin “Rosneft”in 14,16 fazini satmaq qərarına gəlib, bu müstəvidə Çin ilə razılaşıb. Əvəzində Moskvaya təklif olunan qiymət isə 9,1 milyard ABŞ dollardır.Ekspertlərə görə, bu, Rusiya üçün ən iri “özəlləşdirmə” paketidir.

Qeyd edək ki, “Rosneft”in hissələrinin satışı barəd məlumat yayıldıqdan sonra Moskva birjasında səhimlərin qiyməti 3,17 faiz artıb.

Anar

Gununsesi.info