Çin 2022-ci ilin sonundan bəri ilk dəfə olaraq Rusiyaya maşın, avadanlıq və avadanlıqların, o cümlədən elektrik avadanlıqlarının birbaşa tədarükünü azaldıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, mart ayında bu cür malların ixracı illik müqayisədə 15% azalaraq 2,9 milyard dollar təşkil edib.
RANEPA tədqiqatçısı Aleksandr Firançukun sözlərinə görə, mart ayında Rusiyanın Çin ixracatındakı payı dörddə bir azalıb. Bu o deməkdir ki, Çinin Rusiyaya tədarük dinamikası digər ölkələrlə müqayisədə xeyli aşağıdır.
“Qısamüddətli idxal dinamikasının əsas determinantlarından biri olan rublun məzənnəsinin nisbətən sabit dinamikasını nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, baş vermiş azalma çox güman ki, ikinci dərəcəli sanksiyaların tətbiqi və onların riskləri ilə bağlıdır”– deyə Firançuk vurğulayıb.
Onun sözlərinə görə, tədarüklərin sıxılması məhdudiyyətlər baxımından həssas olan əmtəə maddələrində daha qabarıq şəkildə özünü göstərir. Beləliklə, mart ayında Rusiyanın Çin traktorları, su qızdırıcıları, nasoslar, rabitə üçün elektrik avadanlıqları, lampalar və işıqforlar, transformatorlar, pnevmatik alətlər və fərdi xüsusiyyətlərə malik maşınların tədarükündəki payı ən çox azalıb.
Dekabrda ABŞ Rusiya şirkətlərinin hərbi-sənaye məqsədləri üçün avadanlıq və təchizat alması üçün əməliyyatları asanlaşdıran banklara və maliyyə institutlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bundan sonra bir sıra Çin bankları Rusiyadan olan müştərilərdən ödənişlərin qəbuluna məhdudiyyətlər qoymuşdur.
Bloomberg iqtisadçısı Alexander İsakov deyir ki, Çinin gömrük statistikası yalnız Rusiyaya birbaşa göndərişləri əhatə edir və ikinci dərəcəli sanksiyaların riski ticarətin getdikcə Mərkəzi Asiya ölkələrindən keçməsinə gətirib çıxarır.
İqtisadçı bildirib ki, 2023-cü ildə Çindən Qırğızıstana maşın, avadanlıq, mexanizm və onlar üçün hissələrin ixracının 2021-ci illə müqayisədə 3 dəfə artdıb.
Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə isə Qazaxıstana eyni malların ixracı 2021-ci ilə qədər təxminən bir yarım dəfə artıb.
Şəbnəm
Gunusesi.info