Çin Sədri ABŞ-yə səfər edəcək

  • By Günel
  • 18 Mart 2025 08:33

Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər mühüm rəsmilər yaxın gələcəkdə ABŞ-yə səfər edəcəklər.

Gununsesi.info -nun“Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Amerika lideri Donald Tramp deyib.

O, təfərrüatları açıqlamadan bildirib: “Çin sədri Si Cinpinin tabeliyində olan əsas fiqurlar çox da uzaq olmayan gələcəkdə gələcək”.

ABŞ dövlət katibi Marko Rubio martın 14-də bildirib ki, Vaşinqton və Pekin Trampla Si Cinpin arasında görüş üçün hələlik hər hansı konkret tarix barədə razılığa gəlməyiblər, lakin bu görüş “müəyyən bir nöqtədə” baş tutacaq.

Gununsesi.info