Çin Xalq Respublikasının sədri Si Cinpini tənqid edən milyarder sahibkar Jen Çjisyan korrupsiya və ictimai fondun vəsaitini mənimsəməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, iş adamı bu ilin əvvəlində S.Cinpini və hökuməti koronavirus epidemiyasının qarşısını ala bilməməkdə günahlandırıb.
Bildirilib ki, daşınmaz əmlak sahəsi ilə məşğul və hakim dairələrlə çox sıx əlaqəsi olan milyarder bu ilin martında “yoxa” çıxmışdı. Bir müddət sonra onun korrupsiyada ittiham edildiyi məlum olub.
Jen Çjisyan ictimai fonddan 16 mln ABŞ dolları mənimsəməkdə, cəmiyyətin etimadından sui-istifadə etməkdə təqsirli bilinib. Ona 620 000 ABŞ dolları məbləğində cərimə cəzası da kəsilib.
Mütəxəssislər bildirib ki, hökm rəmzi xarakter daşıyır. Onların fikrincə, bununla hakimiyyəti tənqid etməyin sahibkarlara baha başa gələ biləcəyi mesajı verilib.
Gununsesi.info