Çin səddinin bir hissəsi zəlzələdən UÇDU

  • By admin
  • 10 Yanvar 2022 09:47

Çinin Tsinhay əyalətində zəlzələ nəticəsində Böyük Çin səddinin iki metlik hissəsi uçub.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Global Times” qəzeti xəbər verir.

Məlumata əsasən, hadisə yanvarın 7-si Qansu əyalətində qeydə alınan 6,9 bal gücündə zəlzələ nəticəsində baş verib.

Bildirilir ki, Böyük Çin səddinin uçan hissəsində təmir və bərpa işləri başlanılıb.

Xatırladaq ki, zəlzələ nəticəsində 9 nəfər xəsarət almışdı. Onlardan biri hələ də xəstəxanadadır.

Gununsesi.info