Çin sahil mühafizəsi Filippin gəmilərinə qarşı su şırnaqlarından istifadə edib

  • By ilhame
  • 10 Dekabr 2023 09:58

Çin Sahil Mühafizəsi Cənubi Çin dənizindəki Ayunqin bölgəsində Filippin Sahil Mühafizəsinin gəmilərinə qarşı su şırnaqlarından istifadə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “GMA News” məlumat yayıb.

İnsident filippinlilərin “Sierra Madre” gəmisinə yemək və personal apararkən baş verib. Filippin gəmilərindən birinin mühərriki ciddi zədələnib.

Qeyd edək ki, Cənubi Çin dənizinin mübahisəli sularında iki ölkə arasında vaxtaşırı insidentlər baş verir.

Belə ki, avqust ayında Çin sahil mühafizə gəmisi Filippin sahil mühafizə gəmilərinə təhlükəli şəkildə yaxın manevr edərkən su şırnaqlarından istifadə edib.

Oxşar hadisə şənbə günü (9 dekabr – Qeyd) Filippin Balıqçılıq və Su Resursları Bürosu gəmiləri Skarboro rifinə gedərkən baş verib.

Gununsesi.info