Çin şirkətlərinə ABŞ məhsullarının idxalını qadağan etdi

  • By admin
  • 02 İyun 2020 09:55

Çin dövlət şirkətlərindən ABŞ-dan soya və donuz əti idxalını dayandırmasını tələb edib.

Gununsesi.org xəbər verir ki, Vaşinqton Pekin və ya Honkonqa qarşı daha məhdudlaşdırıcı tədbirlər görsə, Çin ABŞ-dan kənd məhsulları qadağalarının siyahısını artıra biləcəyini açıqlayıb.

Qeyd edək ki, mayın 29-da ABŞ Prezidenti Donald Tramp Pekinin fəaliyyəti ilə əlaqədar olaraq, Honkonqun bütün imtiyazlarını ləğv etmə prosesinə başladığını deyib. Bunlar ixrac nəzarəti, ikili texnologiyaların istifadəsi və malların gömrük rəsmiləşdirilməsidir.

 

 

 

Gununsesi.org