Çin “Taliban”a yardım edəcək

  • By admin
  • 09 Sentyabr 2021 17:42

Əfqanıstanda iqtidara gələn “Taliban” hökuməti dünyanın heç bir ölkəsi tərəfindən tanınmasa da, prosesin başlanmasından bəri onlara ən böyük dəstəyi verən Çindən bəyanat gəlib.

Gununsesi.info xəbər verir ki, Çin Xarici İşlər naziri Vanq Yi ölkəsinin Əfqanıstana 31 milyon dollarlıq ərzaq, koronavirus peyvəndi və dərman yardımı edəcəyini qeyd edib.

Pakistan, İran, Tacikistan, Özbəkistan və Türkmənistandan olan həmkarları ilə görüşən çinli nazir bu ölkələrdən Əfqanıstanla əməkdaşlıq etmələrini istəyib.

Gununsesi.info