Çin “Tianzhou-1” adlı ilk karqo kosmik gəmisini orbitə göndərir

  • By admin
  • 20 Aprel 2017 07:54

cin karo kosmik

Çin ilk karqo kosmik gəmisi olan “Tianzhou-1”-i orbitə göndərir. Kosmik gəmini orbitə “Long March-7 Y2” daşıyıcı raketi aparacaq.

Gununsesi.info-nun məlumatına görə, Çin KİV-ləri yazır ki, raket yerli vaxtla bu gün saat 19:41-də ölkənin cənubundakı Xaynan adasında yerləşən Vençan kosmik bazasından buraxılacaq. Orbitdə “Tiangong-2” kosmik laboratoriyası ilə birləşəcək “Tianzhou-1” 6 tondan yuxarı yük daşıya bilir.

Uzunluğu 10,6, diametri 3,35 metr olan karqo kosmik gəmisi orbitdə bir neçə eksperiment də aparacaq.

Gununsesi.info