Çin: Türkiyə ilə əlaqələri yeni zirvələrə daşımaq istəyirik

  • By arzu
  • 29 May 2023 21:56

Çindən Türkiyədəki seçkilərlə bağlı açıqlama səsləndirilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Çinin dövlvət başçısı Şi Cinpinq Rəcəb Tayyib Ərdoğanı yenidən Prezident seçilməsi münasibəti ilə təbrik edib.

Cinpinq Türkiyə və Çinin iki böyük ölkə oalraq geniş çaplı ortaq mənfəətləri paylaşdığını vurğulayıb.

Çinin Xarici İşlər Nazirliyinin sözcüsü Mao Ninq də Rəcəb Tayyib Ərdoğanı üçüncü dəfə prezident seçilməsi münasibəti ilə təbrik edib.

“Türkiyə gerçək öz milli inkişaf yolunu mənimsəyib. Biz bunu dəstəkləyirik. Ərdoğanın liderliyində Türkiyənin inkişafında yeni uğurlar əldə etməyi davam etdirəcəyinə inanırıq”, – deyə Mao bildirib.

 

Tərcümə: Arzu S.

Gununsesi.info