Çin üçün iqtisadi böhran proqnozlaşdırılır

Goldman Sachs və Citibank Çin iqtisadi artımı ilə bağlı proqnozlarını aşağı salmaq qərarına gəliblər və Yaponiyanın ən böyük broker şirkəti hətta Çin üçün iqtisadi böhran proqnozlaşdırıb.

Gununsesi.info xəbər verir ki,  bu barədə Asia Finance (AF) məlumat yayıb.

Goldman Sachs və Citigroup analitikləri əvvəllər güman edirdilər ki, 2024-cü ildə Çin 4,8-4,9 faiz artım göstərəcək.

Lakin Çin iqtisadiyyatının yavaş-yavaş bərpa olunduğu və istehlakçı tələbatını dəstəkləmək üçün əlavə stimullara ehtiyac olduğu aydınlaşdıqdan sonra proqnoz 4,7 faizə endirilib.

Qeyd olunur ki, avqustda Çində sənaye istehsalı 4,5 faiz artıb. İyulda bu göstərici 5,1 faizə çatıb.

Beləliklə, yayın son ayında artım mart ayından bəri ən ləng olub. İyulda 2,7 faiz olsa da, avqustda 2,1 faiz artmış pərakəndə satışda da vəziyyət oxşardır.

Citigroup hesab edir ki, 2025-ci ildə Çinin ÜDM-i bankın əvvəllər gözlədiyi 4,5 faiz əvəzinə cəmi 4,2 faiz artacaq.

Öz növbəsində Nomura bildirib ki, infrastruktura investisiyaların artımı nəzərəçarpacaq dərəcədə səngiyib. Maliyyə sektorunda böyük miqyaslı əməkhaqqı ixtisarları var. Bundan əlavə, yeni ev tikintisi 2023-cü ilin yayından bəri ən aşağı səviyyəyə düşüb.

Çin iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi yanvar-avqust aylarında 31,5 faiz azalıb.

Birbaşa xarici investisiyalar 580 milyard yuandan (təxminən 81,7 milyard dollar) çox qiymətləndirilib.

Bundan əlavə, səkkiz ay ərzində Çində xarici iştiraklı təxminən 37 min yeni şirkət üzə çıxıb.

 

 

Afət

Gununsesi.info