Çin və Hindistan Rusiyandan neft alımını artırır

  • By admin
  • 06 Yanvar 2023 17:16

Çin və Hindistan Rusiyannın Arktika bölgəsində çıxartdığı petrolu almaq istəklərini bildiriblər.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Refinitiv Eikon” firmasının data bilgilərinə görə, maliyyə birjalarında daha çox Asiya bazarında  satılan və Arktik sinif neft olaraq bilinən Arco, Arci/Novy Port və Varandey növ xam neftin qarışığı Çin və Hindistan abzarlarında əmtəə halına gəlib.

Ötən ilin may ayından sonra Rusiyanın Hindistana satdığı neftin artış göstərməsi rəsmi Moskvanın yeni bazarlar axtarmaq və müharibənin maliyyəsini təmin etmək üçün yeni imkanlar yaradır.

Satış edilən xam neft növləri arasında Arco və Arco/Novy sinfindən olan xam neft enerji ticarətinin əsas qismini formalaşdırıb.

Digər tərəfdən, Arktika nefti yüklənən petrol tankerləri Murmansk limanından Çinə göndərilib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi rus enerji sektorunun Qərb ölkələri tərəfindən tətbiq edilən sanksiyaların hədəfinə çevrilmişdi.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info