İran hökuməti bu ölkəyə səfər etmək istəyən Çin vətəndaşları üçün viza rejimini könüllü şəkildə ləğv edib.
Gununsesi.info Azad.İrana-a istinadən xəbər veri ki, bu barədə məlumat verən İranın Mədəni İrs, Turizm və Sənətkarlıq Nazirliyinin rəsmisi Ələsgər Şalbafiyan İranın hər bir yerində çinlilərin təhlükəsizliyinin təmin olunacağını deyib.
İranın bu addımı ötən ay Pekinin Tehran və Ər-Riyad arasında diplomatik münasibətlərin bərpası üçün razılaşmaya vasitəçilik etməsindən sonraya təsadüf edir.
Şəbnəm
Gununsesi.info