
Rusiyanın Baş Naziri Mixail Mişustin Çin vətəndaşlarının ölkə ərazisinə girişinə qadağa qoyan sərəncam imzalayıb.
Gununsesi.org “İnterfaks”a istinadən xəbər verir ki, çinlilərin turizm, işgüzar və digər məqsədlərlə Rusiyaya girişinə fevralın 20-dən etibarən icazə verilməyəcək.
Qeyd edək ki, qərarın qəbul edilməsinə səbəb Çində koronavirusun sürətlə yayılmasıdır.
Gununsesi.org