Çin və Mərkəzi Asiya ölkələri liderlərinin virtual görüşü keçirilib

  • By admin
  • 25 Yanvar 2022 17:27

Çin Xalq Respublikasının Sədri Si Cinpinin Mərkəzi Asiyanın 5 ölkəsinin lideri ilə virtual formatda görüşü keçirilib.

Gununsesi.info Çin mediasına istinadla xəbər verir ki, görüş Çinlə Mərkəzi Asiyanın 5 dövləti – Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinə həsr olunub.

Sədr Si Cinpin virtual görüşdə Çin ilə Mərkəzi Asiya ölkələri arasında uğurlu əməkdaşlığın əsas məqamının qarşılıqlı hörmət, yaxşı qonşuluq və dostluq, həmrəylik və qarşılıqlı fayda olduğunu deyib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər, əməkdaşlıq imkanları müzakirə olunub.

 

Gununsesi.info