Çin və Rusiya hakim partiyaları arasında görüş

  • By admin
  • 07 İyul 2022 20:14

Çinin və Rusiyanın dominant siyasi partiyalarının rəsmiləri arasında görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Çinin “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Rəsmilər ikitərəfli münasibətlərin davamlı və keyfiyyətli inkişafına kömək etmək barədə fikir mübadiləsi aparıblar.

Çin Kommunist Partiyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Liu Jiançao və Vahid Rusiya Ali Şurasının sədri Boris Qrızlov video danışıq zamanı iki partiya arasında institusional mübadilənin daha da gücləndirilməsini müzakirə ediblər.

Gununsesi.info