Çin vətəndaşı İrana silah ötürülməsində ittiham olunub

O, habelə İrana qarşı embarqoları aşmağa köməklik, bank fırıldaqçılığı, çirkli pulların yuyulması və İranın hərbi sənayesində istifadə olunan maddələrin çatdırılmasında günahlandırılır.

Gununsesi.info xəbər verir ki, ABŞ-ın Ədliyyə Nazirliyi həmin şəxin Şancianq Kiao adlı şəxs olduğunu bildirib. O, Çində yerləşən qrafit və karbon istehsalçısı “Sinotech Dalian” Cəmiyyətində işləyir.

Sözügedən şəxs həmin müəssisənin hərbi təchizatın istehsalı üçün hissələrin alınmasında İrana yardım etdiyinə görə 2014-cü ildə ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyalar siyahısına salıb.

Amerikanın Manhetten şəhər federal prokuroru bildirib ki, həmin Çin vətəndaşı raketlərin nozellərinin istesalında istifadə edilən yüksək xırdalığa malik dənəvər olan “isostatik qrafit”in 2019-cu ildən 2022-ci ilədək təmin edilməsi ilə bağlı İrana yardım edib.

Ö, həm də sözügedən Cəmiyyətin adına olan bir bank hesabı ilə Amerika bankından 15000 dollar almaq üçün transaksiya edib.

 

 

 

Gununsesi.info