Çin Xarici İşlər Nazirliyi Tayvan məsələsini ölkənin daxili işi adlandırıb

  • By ilhame
  • 14 Yanvar 2024 09:47

Tayvan məsələsi adadakı dəyişikliklərdən asılı olmayaraq Çin Xalq Respublikasının daxili işidir, dünyada yalnız bir Çin var və Tayvan onun bir hissəsidir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, Tayvanda dəyişikliklərin baş verməsinə baxmayaraq, dünyada yalnız bir Çinin olması və Tayvanın Çinin bir hissəsi olması əsas faktı dəyişməyəcək.

 

Qeyd olunub ki, “Vahid Çin” prinsipi Tayvan boğazında sülh və sabitlik üçün möhkəm təməldir.

Gununsesi.info