“Cinayət Məcəlləsindəki dəyişiklik Mehriban Əliyevaya və prezidentin ailə üzvlərinə də şamil edilməlidir” - DEPUTAT

  • By admin
  • 29 Noyabr 2016 17:07

mehribaneliyevaqadindeputat

Saxta profillərdən istifadə edərək böhtan atma və ya təhqir etmə ilə bağlı nəzərdə tutulan dəyişiklik təkcə ölkə başçısına deyil, ölkənin birinci xanımı Mehriban Əliyevaya və prezidentin ailə üzvlərinə də şamil edilməlidir.

Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Elmira Axundova deyib.

Onun sözlərinə görə, bu gün sosial şəbəkələr və internet resurslarında ictimai- siyasi xadimlər barədə yetərincə təhqiramiz , şərəf və layaqətinin alçaldılması istiqamətində məlumatlar gedir.

“Hətta vəziyyət o həddə çatıb ki, mənəviyyatı pozğun insanlar ölkə başçısı haqqında ağzına gələnləri yazırlar. Bunun səbəbi isə ölkə başçısının tolerant və dözümlü olmasıdır”- deyə, o, bildirib.

E.Axundova əlavə edib ki, bu gün ölkə başçısı haqqında tənqidi fikri yazmaq olar:

“Ancaq onun təhqir etməyə yol vermək olmaz”.

Millət vəkili onu da əlavə edib ki, bu gün təkcə ölkə başçısı barədə deyil, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və prezidentin ailə üzvləri barədə də mənəviyyatsız yazılar dərc olunur:

“Ona görə də təklif edirəm ki, qanunvericilikdə onların da hüquqlarının müdafiəsi ilə bağlı müddəalar öz əksini tapmalıdır”.

Millət vəkili Məlahət İbrahimqızı isə 20 Yanvarla bağlı vikipediada çox yanlış məlumatların yer alıdığını deyərək, bunun qarşısının alınması təklifi ilə çıxış edib.

Millət vəkili eyni zamanda, Azərbaycanın tanınmış dövlət, ictimai-siyasi xadimləri barədə xoşagəlməz yazılar yazanların  cəzalandırlmasını təklif edib.

Mürtəza

Gununsesi.info