Cinayət planlaşdırmaqda şübhəli bilinən Azərbaycan vətəndaşları həbs edilib

  • By ilhame
  • 23 Mart 2024 22:26

Qırğızıstanda dövlət xadiminə qarşı cinayət planlaşdırmaqda şübhəli bilinən Azərbaycan vətəndaşları həbs edilib.

 

Gununsesi.info “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi cinayətkar qruplaşmanın üzvü olmaqda şübhəli bilinən 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb.

 

Bildirilib ki, Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudrov M.S., Məmmədov Z.İ. yüksəkvəzifəli şəxsə qarşı cinayətə hazırlaşırmış. Onlardan Əsgərov M.O.-nun kriminal aləmdə tanınmış şəxs olması və Qırğızıstan dövlətinin cinayətkarlığa qarşı apardığı fəal mübarizə siyasətinə görə ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəlməsi iddia edilib.

 

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gununsesi.info