Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.1-ci maddəsinin tələblərinin daha aydın və səmərəli tətbiqinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi təklif olunur.
Gununsesi.info xəbər verir ki, təklifə əsasən, Miqrasiya Məcəlləsinin 9.3.1-ci maddəsində nəzərdə tutulan müddəaların Cinayət-Prosessual Məcəlləsində dəqiq prosessual mexanizmlərlə təsbit edilməsi nəzərdə tutulur.
Bildirilir ki, bu dəyişikliklər qeyd olunan sahədə mövcud funksional problemlərin aradan qaldırılmasına xidmət edəcək. Eyni zamanda, həm şəxslərin sərbəst hərəkət hüququnun əsassız məhdudiyyətlərdən qorunması, həm də hüquq-mühafizə orqanlarının fəaliyyətində ziddiyyətli təcrübələrin qarşısının alınması məqsədi daşıyır.
Təklif olunan əlavə və dəyişikliklərin qəbul olunacağı təqdirdə, müvafiq hüquqi mexanizmlərin daha aydın şəkildə tənzimlənməsi və tətbiqində vahid yanaşmanın formalaşması gözlənilir.
Orxan











