Cinayət törətmiş şəxslərin 0,2 faizi yetkinlik yaşına çatmayanlardır

  • By admin
  • 08 Avqust 2017 14:02

hebs_0254

2017-ci ilin birinci yarısında Azərbaycanda törədilmiş 13182 cinayətin 1694-ü və ya 12,9 faizi narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin faktların 63,9 faizi narkotik maddələrin şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama, 28,2 faizi narkotik maddəni satış məqsədilə saxlama ilə əlaqədardır.
”Bunun 6,1 faizi narkotik bitkilərin qanunsuz kultivasiyası, 1,8 isə güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub. Bu cinayətləri 1302 nəfər törədib. Onların 89,6 faizini heç yerdə işləməyən və oxumayanlar, 39,4 faizini də əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər törədib”.

Cinayət törətmiş şəxslərin 0,2 faizi yetkinlik yaşına çatmayanlar, 8,6 faizi 18-24, 13,9 faizi 25-29 yaş arası gənclər, 77,3 faizi də 30 və yuxarı yaşlı şəxslərdir:

”Hesabat dövründə müsadirə edilmiş 639,2 kiloqram narkotik maddənin 55,2 kiloqramını heroin, 426,9 kiloqramını marixuana, 119,5 kiloqramını tiryək, 2,5 kiloqramını həşiş, 35,1 kiloqramını isə digər narkotik vasitələr təşkil etdiyi bildirilir”.

Gülnaz Qənbərli

Gununsesi.info