Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı

  • Müəllif: Firuzə
  • 18 Noyabr 2025 10:40

Noyabrın 17-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 218, o cümlədən borclu şəxs qismində axtarışda olan 192 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

 

Gununsesi.info