Cincilimin faydaları

  • By ilhame
  • 04 Dekabr 2023 20:03

Cincilim qədim zamanlardan həm qida hazırlanması zamanı, həm də müalicəvi ot kimi istifadə olunur.

Qədimdə cincilimi yara, xora, furunkul, müxtəlif şişlərin müalicəsində çox geniş istifadə edirdilər.

Gununsesi.info xəbər verir ki, cincilimin bir çox faydalı xüsusiyyətləri var. Cincilimi “ürək otu” adlandırırlar.  Bu ot həqiqətən ürəyin sağlamlığına müsbət təsir edir, ürək əzələsini möhkəmləndirir, təzyiqi tənzimləməyə kömək edir.

Bundan əlavə cincilim sinir sistemi üçün də çox faydalıdır – sakitləşdirir, əsəbiliyi aradan qaldırır.  Sakitləşdirici çay resepti: 1 ç.q. xırda doğranmış cincilimi 1 fincan qaynar suda dəmləyin, süzün və adi çay kimi için.

Cincilim nəfəs yollarını selikdən təmizləyir, bronxit, öskürək zamanı faydalıdır.

Cincilim ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azaldır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

Cincilim mədə ağrılarını və köpü azaldır, qəbizlik zamanı kömək edir.

Cincilim uşaq əmizdirən qadınlarda laktasiyanı artırır, mastitin qarşısını alır.

Revmatizm, oynaq ağrıları, varikoz xəstəliyi zamanı cincilimi blenderdə xırdalayın, tənzifin üzərinə qoyun və ağrıyan oynaqların, genişlənmiş damarların üzərinə kompress şəklində qoyun.

Uşaqlarda diatez zamanı cincilimi dəmləyin, süzün və bu dəmləməni uşağı çimizdirəndə vannaya əlavə edin.

Cincilim həmçinin əla kosmetik vasitədir – dərini cavanlaşdırır, təmizləyir, sızanaqları aradan qaldırır.

Gununsesi.info