Çində 400 min nəfər təxliyə edildi –Səbəb

Çində 400 min nəfər təxliyə edildi –


“Mariya” qasırğasının Şərqi Çin sahillərinə çatması səbəbindən Futszyan və Çjetszyan əyalətlərinin hökumət orqanları təhlükəli ərazilərdən 400 mindən çox insanı təxliyə edib. Sinxua agentliyinin yaydığı məlumata görə, tropik qasırğanın episentrinə düşən yerlərdə məktəblər bağlanılıb və müəssisələrin işi dayandırılıb. Balıqçı gəmilərinə limana qayıtmaq göstərişi verilib.

Gununsesi.info xəbər verir ki, güclü külək və dalğa Syamen və Tszinmen (Tayvan adası) arasında dəniz nəqliyyatının işini dayandırıb. Qasırğa əyalətdə dəmir yolu və aviasiyaya da təsir göstərib. Xeyli sayda qatar və təyyarə reysi ləğv edilib.

Zərərçəkənlər və ya qurbanlar, habelə qasırğanın iqtisadi zərəri barədə məlumat verilməyib. Hazırda tropik qasırğa materikdə şimal-qərb istiqamətində irəliləyir və gücünü sürətlə itirir.

 

Gununsesi.info

COMMENTS