
Çində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Unan vilayətində olub.
Belə ki, 49 avtomobil bir-birinə toqquşub. Nəticədə 16 nəfər həyatını itirib, daha 65 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Ərazidə yol bağlanıb. Hadisənin səbəbləri araşdırılır.
Gununsesi.info