Çində buz və qar festivalı keçirilir - FOTOLAR

  • By admin
  • 24 Yanvar 2017 16:54

unnamed (6)

Çinin Harbin şəhərində buz və qar festivalı keçirilir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, buz şəhərcik minlərlə turisti özünə cəlb edib. Buz festivalında Çin memarlığına məxsus tikililər nümayiş olunub. Qeyri-adi struktur və heykəlləri görmək üçün hətta okeanın o biri sahillərindən də turistlər gəlib. Strukturlarda istifadə olunan işıq lampaları isə buz kütlələrinin daxilinə yerləşdirilib.

Xatırladaq ki, Harbin buz və qar festivalı dünyanın ən böyük dördüncü buz festivalı sayılır. Birinci yeri Yaponiya, ikinci yeri Norveç, üçüncü yeri isə Kanada tutur. Şəhər özü isə “Buz Şəhər” adı ilə məşhurdur.

Gununsesi.info turist axınına səhnə olan tədbirdən fotoları təqdim edir:

unnamed (13) unnamed (12) unnamed (11) unnamed (10) unnamed (9) unnamed (8) unnamed (7)

Anar

Gununsesi.info