Çində DƏHŞƏTLİ PARTLAYIŞ: Şəhəri alov bürüdü – ANBAAN VİDEO

 

Çin Henan əyalətinin Dengfeng şəhərindəki fabriklərdən birində güclü partlayış baş verib.

HTML tutorial

Gununsesi.info“RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə təcili yardım və yanğından mühafizə xidmətləri səfərbər edilib.

Ölən və yaralananlarla bağlı hələlik məlumat verilmir.

Hadisə yerindən lentə alınan görüntülərdə partlayışın kifayət qədər güclü olduğu, bundan sonra göbələk şəklində ağ tüstü buludunun meydana gəldiyi əks olunur.