Çində dəhşətli zəlzələ: 9 ÖLÜ, 164 YARALI-YENİLƏNİB

  • By admin
  • 09 Avqust 2017 07:30

1387864551Vanda-zelzele
Çinin Siçuan əyalətinin Jiuzhaiqou bölgəsində Rixter şkalası üzrə baş verən 7 bal gücündə zəlzələ nəticəsində 2 min nəfərin qaldığı otel qismən dağılıb.

Gununsesi.info xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 21:19-da meydana gəlib.

Məlumata görə, Tiantan otelinin foyesinin tamamilə çökməsi nəticəsində 5 nəfər ölüb. Otelə gedən yolun dağlıq ərazilərdən keçməsi səbəbindən təcili yardım xidməti vaxtında olaya müdaxilə edə bilməyib.

Buna baxmayaraq, 500 nəfərin təxliyə edildiyi bildirilib.

63 nəfər isə yaralanıb.

***

Siçuan əyalətində 7 bal gücündə baş vermiş zəlzələnəticəsində ölənlərin sayı 9 nəfərə, xəsarət alanların sayı isə 164 nəfərə çatıb.

Bu barədə yerli administrasiyanın məlumatında bildirilir.

Gununsesi.info