Çində daha bir GÜCLÜ ZƏLZƏLƏ: Ölən və yaralananların sayı artdı

  • By admin
  • 22 May 2021 09:13

Çinin cənub-qərbindəki Çinhay vilayətində 7,4 bal gücündə zəlzələ olub.

Gununsesi.info Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkan Pekin vaxtı ilə gecə saat 2:04-də vilayətin Qoloq Tibet muxtar prefekturasının dəniz səviyyəsindən 4200 metr yüksəklikdə yerləşən Maduo rayonunda qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 17 kilometr dərinlikdə olub.

Yeraltı təkanlar 385 kilometr məsafədə yerləşən vilayətin paytaxtı Sinin şəhərində də hiss olunub. Hələlik insan tələfatı barədə məlumat olmasa da, körpülərin, yol ötürücülərinin dağılması barədə xəbərlər var. Vilayətin zəlzələ hiss olunan yaşayış məntəqələrinin sakinləri bütün gecəni bayırda keçiriblər.

Bildirilir ki, ötən 5 ildə Maduoda 3 baldan yuxarı 25 zəlzələ baş verib.

Qeyd edək ki, mayın 21-də Çinin Yünnan vilayətində 5,6, 6,4 və 5 bal gücündə ard-arda 3 zəlzələ olub. Nəticədə 3 nəfər ölüb, 27 nəfər xəsarət alıb, xeyli evə ziyan dəyib.

Çinin cənub-qərbindəki Yünnan vilayətində bir neçə yeraltı təkan qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb. Yanbi muxtar rayonunda 5,6 bal gücündə ilk zəlzələ yerli vaxtla saat 21:21-də (Bakı vaxtı ilə 17:21) baş verib. Onun ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

Ərazidə saat 21:48-də 6,4 bal, 21:55-də isə 5 bal gücündə növbəti təkanlar qeydə alınıb. Həmin zəlzələlərin ocağı isə yer səthindən 8 kilometr dərinlikdə olub.

Digər bir təkan Çinin paytaxtı Pekin şəhərindən şimal-qərbdə yerləşən Çinqhay vilayətində qedə alınıb.

Məlumata görə, Qoloq-Tibet muxtar rayonunda 7,4 bal gücündə zəlzələ yerli vaxtla saat 02:04-də (Bakı vaxtı ilə 22:05) qeydə alınıb. Onun ocağı yer səthindən 17 kilometr dərinlikdə olub.

Son məlumata görə, zəlzələ nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb.

Gununsesi.info