Çində daşqınlar nəticəsində 20 nəfər həlak olub - 1,8 milyon insan sel təhlükəsi ilə üz-üzədir

  • By admin
  • 20 İyun 2016 10:58

China

 

Çində Yantszı çayında daşqınlar nəticəsində 20 nəfər həlak olub. Gununsesi.info xəbər verir ki,  agentliyinə istinadən Çində təbii fəlakətin tüğyan etdiyini xəbər verir. Yantszı çayının daşması nəticəsində ən az 20 nəfər həlak olub,12 nəfər itkin düşüb. 1,8 milyon insan daşqınlar nəticəsində ziyan çəkib.

21 qəzanı su basıb, 10 min insan sel basmış ərazilərdən təxliyə edilib. Daşqınlar nəticəsində ən çox ziyan çəkən Xuanqan şəhərinə humanitar yardım göndərilib.

Eyni zamanda Tszyansi əyalətində iki nəfərin öldüyü, iki nəfərin itkin düşdüyü və 58 min nəfərin təxliyə edildiyi xəbər verilir.

Meteoroloqlar yağıntıların davam edəcəyini bildirilər.  (TASS, Olke.az)