Çinin şərqindəki Szyansu əyalətində fabriklərin birində partlayış olub, ölənlər var.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Haian şəhərinin (Şərqi Szyansu əyaləti) Fövqəladə Halların İdarə Olunması Departamenti məlumat yayıb.
Hadisə gecə saatlarında alüminium istehsalı müəssisəsində qeydə alınıb. Daha iki nəfərin itkin düşdüyü bildirilir.
Partlayış yerində xilasetmə işləri davam edir. Hadisənin səbəbi barədə məlumat verilməyib.
Gununsesi.info