Çində G20 sammiti öz işinə başlayıb

  • By admin
  • 04 Sentyabr 2016 12:04

cin

Çinin Xançjou şəhərində G20 qrupunun 11-ci sammiti öz işinə başlayıb.

Gununsesi.info xəbər verir ki, Çin sammitin təşkilatçısı kimi dünya ticarəti və investisiyaları sahəsində fəaliyyətlərin əlaqələndirilməsi məsələsini müzakirə mərkəzinə qoyub.

G20 liderləri bu il bütün diqqətlərini investisiya artımı, qlobal iqtisadiyyat və maliyyə sisteminin idarə olunma mexanizmlərinin səmərəliliyinin artırılması, beynəlxalq ticarət və sərmayələrin stimullaşdırılmasına yönəldəcəklər.

Sammit öz işini sentyabrın 5-də yekunlaşdıracaq.

 

Gununsesi.info