Çində koronavirusdan ölənlərin sayı 3 min nəfəri ötdü – Qorxulu ölüm kabusu ölkəni cənginə aldı

  • By admin
  • 06 Mart 2020 10:13

Çində koronavirusdan ölənlərin sayı 3042 nəfərə çatıb, 53726 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Gununsesi.org bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qurumun saytında yazılanlara görə, son sutka ərzində Çində 143 yeni yoluxma faktı qeydə alınıb, 30 nəfər ölüb, 1681 nəfər sağalıb və tibb müəssisələrindən evə buraxılıb. Çində xəstələlənlərin ümumi sayı 80552 nəfərə çatıb.

Koronavirusun episentri sayılan Hubey əyalətində yoluxanların sayı 126 nəfər artaraq 67592-ə çatıb. Ölüm halların sayı isə 29 nəfər artaraq 2931 nəfərə çatıb. Son sutka ərzində 1487 nəfər xəstəxanalardan evə buraxılıb və bununla da, əyalətdə sağalanların sayı 41966 nəfərə çatıb.

Komitənin açıqlamasında qeyd edilir ki, Çində 670854 nəfər virusa yoluxanlarla yaxın kontaktda olub, onlardan 29896-sı əvvəlki kimi nəzarət altındadır.

Gununsesi.org