Çində koronavirusun yeni ocağı aşkarlanıb

Çinin Sintszyan-Uyğur Muxtar rayonu koronavirus infeksiyasının yeni ocağına çevrilib.

Gununsesi.org-un məlumatına görə, bu barədə “Associated Press” Çinin Milli Səhiyyə Komitəsinə istinadən xəbər verib.

Qeyd olunub ki, 17 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Bundan əvvəl, iyunun 11-də Pekində yenidən COVID-19 virusuna daxili ötürülmə yolu ilə yoluxma qeydə alınmışdı.

 

 

Gununsesi.org