
Bu gün Çinin cənub-qərbində Quyçjou əyalətində qaz kəmərində baş verən iki parlayış nəticəsində ən azı 8 nəfər ölüb, 35 nəfər xəsarət alıb.
Gununsesi.info-nun “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, partlayışın səbəbi barədə məlumat verilmir.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 10.44 radələrində Quyçjou əyalətinin Tsinlun rayonunda iki partlayış baş verib.
Həmçinin, bu gün Rusiyada minik avtomobilinin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.
Məlumata görə, hadisə Stavropol diyarının Novoaleksandrovsk şəhərində baş verib.
İlkin məlumata görə, “Nissan” markalı minik avtomobilinin sürücüsü yüksək sürət səbəbindən idarəetməni itirib, ağaca çırpılıb. Zərbənin təsirindən “Nissan” yolun kənarında dayanan “VAZ-2104” markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində “Nissan” –da olan 4 kişi və bir qadın həyatını itirib.
Gununsesi.info