Çində təbii fəlakət: 98 ölü

  • By admin
  • 24 İyun 2016 10:43

cin

 

HTML tutorial

Çinin şərqində yerləşən Ciansu vilayətində fırtınalı hava şəraitinin törətdiyi təbii fəlakət nəticəsində ölənlərin sayı 98-ə çatıb. Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, şiddətli yağış və dolu, sürəti saatda 125 kilometrə çatan fırtınalı hava Yançen şəhərində dağıntılara səbəb olub. Fırtına Funin və Şeyan qəsəbələrində də çoxlu ev və sosial obyektlərin dağılmasına səbəb olub. Təbii fəlakət nəticəsində 800-dək şəhər sakini yaralanıb. Onlardan isə 200-nün vəziyyətinin isə ağır olduğu xəbər verilir. Təbii fəlakət ərazisində axtarış-xilasetmə işləri davam etdirilirr.

 

Gülnaz Qənbərli