Çində Yantszı çayının daşması nəticəsində 180 nəfər həlak olub

  • By admin
  • 04 İyul 2016 16:25

cin

 

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Çinin cənub və qərb hissəsinə güclü yağış yağıb. Nəticədə Yantszı çayında daşqınlar baş verib.

 

Çin rəsmiləri açıqlamalarında 180 nəfərin həlak olduğunu, ən azı 45-nin itkin düşdüyünü və 33 milyon nəfər isə daşqınlardan əziyyət çəkdiyini bildirib.

 

Yağış dəmir yolu xətlərinin üzünü yuyub, yolları sıradan çıxardıb.

 

Çin Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, güclü yağışlar çərşənbə gününə qədər davam edəcək