Çinin şimal-şərqində, Şimali Koreya ilə sərhəddə yerləşən İnkou şəhərində koronavirus ocağı aşkarlanıb.
Gununsesi.info xəbər verirki, bu barədə şəhər adminstrasiyası məlumat yayıb. bildirilib ki, şəhərdə 2 koronavirus xəstəsi aşkar edilib. Həmçinin şəhərdə koronavirusa daha üç simptomsuz yoluxma müəyyən edilib.Yoluxanların hamısı eyni müəssisədə çalışan şəxslərdir.
Artıq 2,3 milyon əhalisi olan İnkou sakinlərinə ciddi zərurət olmadan şəhəri tərk etməmək məsləhət görülüb. İnkounun hakimiyyət orqanları şəhərdən çıxışı dayandırıb.
Qeyd edilir ki, hazırda şəhər üzrə ümumilikdə 217 nəfər karantinə alınıb.
Gununsesi.info