Çində zəlzələ baş verib

  • By ilhame
  • 25 Fevral 2024 09:10

Çində Qazaxıstan və Qırğızıstan sərhədi yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, yeraltı təkanların episentri təxminən 535 min nəfər əhalisi olan Aksu rayonundan 155 km qərbdə yerləşib.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Gununsesi.info