Çində 5,5 maqnitudalı zəlzələ olub.
Gununsesi.info xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası isə məlumat yayıb ki, Almatıda 2 bal gücündə yeraltı təkanlar hiss olunub. Zəlzələnin episentri Çinin Almatı şəhərindən 257 kilometr cənub-şərqdə yerləşib.
Daha əvvəl Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat vermişdi ki, yanvarın 23-dən respublikada 1,9 mindən çox yeraltı təkan qeydə alınıb.
Gununsesi.info