Çindəki böyük etirazlardan nə xəbər var? – “Euronews”un xəbəri

  • By admin
  • 29 Noyabr 2022 16:06

Çində ölkə boyunca siyasi sərbəstliklər və koronavirus təcridlərinin sona çatdırılması çağırışları ilə bağlı davam edən mitinqlər təhlükəsizlik tədbirlərinin çoxaldılmasına səbəb olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Kommunist Partiyası sərt təcridlərə yönəlik qəzəbl etiraz dalğası ilə üzləşib.

“Euronews”un xəbərinə görə, nümayişçilər keçən həftə Şərqi Türküstanın Ürumçi bölgəsində çıxan ölümcül yanğın ölkənin dörd yanında şəhərlərdə insanların küçələri doldurmasına səbəb oldu.

Etirazçılar yanğına müdaxilə edilməməsinə və insanların xilas edilməməsinə səbəb olaraq koronavirus məhdudlaşdırmalarını əsas gətirir.

Noyabrın 28-də keçirilən böyük etirazlar bütün dünyada geniş əks-səda oyandırmışdı.

Koronavirus önləmləri ilə başlayan etirazların dərin siyasi-ekonomik səbəblərinin olduğu bildirilir.

Çində mərkəzi hökumətin müxalifəti sərt şəkildə basqı etməsi səbəbi ilə bu ölkədə böyük etirazlar keçirilmir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info