Çində üçüncü ilinə qədəm qoyan Covid pandemiyasına qarşı sərt tədbirlərlə əks etirazçılar küçələrə çıxıb.
Gununsesi-nin xarici mediaya istinadən verdiyi xəbərə görə, son zamanlar tədbirlər sərtləşdirildiyi üçün genişlənən etiraz nümayişlərində fəallar Kommunist Partiyasının lideri və Prezident Xi Jinpinin istefasını tələb edən şüarlar da səsləndiriblər.
Pekin və Nancing tələbələri həftə sonu Şanxayda küçələrə çıxan minlərlə etirazçıya qoşulub.
Son günlər etirazların daha geniş kütlələrə yayılmasının səbəbi, Urumçidə Covid məhdudiyyətlərinə görə karantində olduqları binadan çıxa bilməyən 10 nəfər binada baş verən yanğında həyatını itirməsi olub.
Çin səlahiyyətliləri, bu ölümlərə ciddi Covid tədbirlərinin səbəb olduğunu inkar edir. Buna baxmayaraq, Urumçidəki Çin səlahiyyətliləri cümə günü üzrxahlıq edərək, məhdudiyyətləri addım-addım yüngülləşdirəcəklərini açıqlayıb.
Bu bəyanatdan sonra ölkənin ən böyük şəhəri və eyni zamanda qlobal maliyyə mərkəzlərindən biri olan Şanxayda şənbə günü minlərlə insan küçələrə çıxıb.
Tərcümə:
Günay
Gununsesi.info