Çindən ABŞ-a tələb: Honkonqla bağlı siyasi manipulyasiyanı dayandır – SİYASİ GƏRGİNLİK

  • By admin
  • 29 May 2020 11:42

Çin hökuməti ABŞ-ı Honkonqla bağlı siyasi manipulyasiyanı dayandırmağa çağırıb.

Gununsesi.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Çjao Litszyan keçirdiyi mətbuat konfransında deyib.

“ABŞ-ı Honkonqla bağlı siyasi manipulyasiyasını dərhal dayandırmağa çağırırıq. Honkonqla bağlı qanun layihəsi Çinin daxili işidir. Çin hökuməti Honkonqdakı xarici müdaxilələrə müqavimət göstərməyə sadiqdir”, – deyə Çin XİN rəsmisi bildirib.

O əlavə edib ki, ABŞ tərəfi Çin və onun xüsusi inzibati bölgəsi olan Honkonqun daxili işlərinə müdaxilə etməyə davam edərsə, Çin hökuməti ABŞ-a qarşı bütün lazımi tədbirləri görəcək.

Gununsesi.org