Çin Xalq Respublikasından İsrailə qarşı sərt açıqlama səsləndirilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Çin İsrailin Fələstin torpaqlarında öz hakimiyyətini gücləndirmək istəyinə etiraz edən ölkələr sırasına qatılıb.
Çin İsrailin Fələstinin enerji qaynaqlarını və torpaqlarını qəsb etməsinə son qoymağa çağırıb.
Bu barədə Çinin BMT-dəki Daimi Təmsilçisinin köməkçisi Qenq Şuanq açıqlama verib.
O, İsrailin məskunlaşma yerlərinə yəhudiləri köçürmək istəməsini qınayaraq bu cür addımlara son qoymağa səsləyib.
Şuanq İsrailin təktərəfli addımlar atmağa davam etdiyini bildirib.
Tərcümə: Arzu Sayadoğlu