Çində 3 nəfərdə quş qripi aşkarlandı - ÖLƏN VAR

  • By admin
  • 24 İyul 2021 10:06

Çinin cənub-qərbində yerləşən Sıçuan vilayətində yenidən H5N6 virusu (quş qripi) epidemiyası baş qaldırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Honkonqun yerli hökuməti məlumat yayıb.

Bildirilib ki, Siçun mahalında üç nəfər quş qripinə yoluxub, onlardan biri, 51 yaşlı qadın yerləşdirildiyi xəstəxanada ölüb.

Digər yoluxanlar 57 yaşlı və 66 yaşlı yerli sakinlər də xəstəxanaya yerləşdiriliblər. Hər ikisinin vəziyyəti ağırdır. Hazırda bölgədə tibbi nəzarət tədbirləri gücləndirilib.

Gununsesi.info