Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

  • By admin
  • 19 İyul 2020 18:17

Çində son sutka ərzində 16 nəfərdə koronavirus aşkarlanıb, 17 pasiyent sağalıb, ölən olmayıb.

Gununsesi.org “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, yoluxma hallarından 13-ü ölkə daxilində, 3-ü isə xaricdən gələn şəxslərdə aşkarlanıb.

Ölkədə 251 aktiv koronavirus xəstəsi var ki, onlardan da 3-ü ağır vəziyyətdədir.

Çində ümumilikdə 83 660 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 775 nəfər sağalıb.

 

 

Gununsesi.org