Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

  • By admin
  • 26 İyul 2020 11:53

Çində son sutka ərzində 46 nəfərdə koronavirus aşkarlanıb, 19 pasiyent sağalıb, ölən olmayıb.

Gununsesi.org  “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, yoluxma hallarından 35-i ölkə daxilində, 11-i isə xaricdən gələn şəxslərdə aşkarlanıb.

Ölkədə 288 aktiv koronavirus xəstəsi var ki, onlardan da 6-sı ağır vəziyyətdədir.

Çində ümumilikdə 83 830 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 908 nəfər sağalıb.

 

 

Gununsesi.org