Çindən gələn qatardan bütün sərnişinlər çıxarıldı

  • By admin
  • 03 Fevral 2020 11:37

Çin sərhədçiləri Pekin-Moskva qatarından bütün sərnişinləri çıxarıb.

Gununsesi.org Mk.ru-ya istinadən xəbər verir ki, Çin hərbçiləri bunu koronavirusun yayılmasının qarşısını almaq üçün edib.

Qatarda olan 163 Çin vətəndaşı çıxarılıb və qatar Moskvaya boş vəziyyətdə yola salınıb.

Rusiya vətəndaşlığı olan çınlilərin sərhədi keçmək hüququnun olduğu və onlar üçün Rusiya sərhədində karantin ərazi ayrıldığı bildirilib.

Qeyd edək ki, Rusiya koronavirusla əlaqədar olaraq bu gündən Çinlə dəmir yolu əlaqəsini tamamilə kəsib.

Gununsesi.org