“Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək” – Ərdoğandan açıqlama 

  • By admin
  • 22 Yanvar 2021 20:23

 

Çindən Türkiyəyə ikinci partiya vaksinin gətirilməsi ilə bağlı razılıq əldə edilib.

Böyük ehtimalla bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Media nümayəndələrinin ölkədə COVID-19-a qarşı tətbiq edilən qadağaların yumşaldılması ilə bağlı sualını cavablandıran Prezident Ərdoğan bu məsələnin Nazirlər Kabinetinin növbəti iclasında müzakirə olunacağını, ictimai-iaşə obyektlərinin açılması fikrinin də bu müzakirələrə daxil ediləcəyini deyib.

Gununsesi.info